Modern.az

“KamAZ” “Renault”la toqquşdu - 3 nəfər öldü

“KamAZ” “Renault”la toqquşdu - 3 nəfər öldü

6 Mart 2020, 09:20

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfər, sürücü Elxan Əhmədov, sərnişinləri Şamo Əliyev və Turan Əsgərovun meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi