Modern.az

Daşkəsəndə qardaş bacısını öldürdü

Daşkəsəndə qardaş bacısını öldürdü

4 İyun 2020, 12:14

Ötən axşam Daşkəsən rayon sakini Elgün Abbasova qətlə yetirilib. 

 

Daşkəsən Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, rayonun Əhmədli kənd sakini, 01.01.2000-ci il təvəllüdlü Abbasov Elvin Elşah oğlu qısqanclıq zəminində bacısı 11.11.1996-cı il təvəllüdlü Abbasova Elgün Elşah qızını nənəsinin evində ağac parçası ilə başından vuraraq öldürüb.

 

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR