Modern.az

Şəmkirdə kürəkən qayınanasını öldürdü, arvadını ağır yaraladı

Şəmkirdə kürəkən qayınanasını öldürdü, arvadını ağır yaraladı

Hadisə

13 İyul 2021, 20:47

 

Şəmkirdə qətl hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

 

Kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizə Hüseynovanı və qaynanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.

 

Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda vəfat edib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

 

Məlumata görə, M.Hüseynova İ.Hüseynovun ikinci həyat yoldaşıdır.

 

Qeyd edək ki, İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokrorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat