Modern.az

Azərbaycanda daha 1770 nəfər yoluxdu 

Azərbaycanda daha 1770 nəfər yoluxdu 

17 Sentyabr 2021, 16:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3788 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 24 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 468943 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 427493 nəfər müalicə olunaraq sağalıb, 6251 nəfər vəfat edib, aktiv xəstə sayı 35199 nəfərdir.

 

Ölkədə son sutka ərzində 12781 hazırkı dövrədək isə 4715715 test aparılıb.

 

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?