Modern.az

Yük maşını dörd avtomobil və avtobusa ÇIRPILDI -FOTOLAR

Yük maşını dörd avtomobil və avtobusa ÇIRPILDI -FOTOLAR

Hadisə

29 Oktyabr 2021, 22:54

“20 Yanvar” dairəsindən Z.Bünyadiv prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, 09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

 

İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.

 

Qeyd olunub ki, avtobus depoya qayıtdığından içərisində sərnişin olmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?