Modern.az

Bakıdakı Zəfər abidəsinə görə bina SÖKÜLÜR

Bakıdakı Zəfər abidəsinə görə bina SÖKÜLÜR

Hadisə

8 Yanvar 2022, 12:17

Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür.

 

Rəsmi məlumata görə, köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib.

 

Həmçinin, binanın ərazinin ümumi görünüşünə xələl gətirdiyi də vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat