Modern.az

Bakıda ərlə arvadı maşın vurdu

Bakıda ərlə arvadı maşın vurdu

Hadisə

7 Mart 2022, 08:43

Bakının Xəzər rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

 

Magistral şossenin əks tərəfinə keçmək istəyən 1983-cü il təvəllüdlü Ağayeva Arzu Məhəmməd qızı və onun həyat yoldaşı 1979-cu il təvəllüdlü Ağayev Zaur Məhəmməd oğlunu minik avtomobili vurub.

 

Yaralılar xəstəxanaya çatdırılıb.

 

A.Ağayevanın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat