Modern.az

Bakı metrosunda problem YARANDI

Bakı metrosunda problem YARANDI

16 Mart 2022, 19:49

Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

 

"Yaşıl xətt üzrə "28 May-Nizami" mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb. Bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib. Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib. Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq", - QSC-dən bildirilib.

 

Qeyd edilib ki, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat