Modern.az

Yol çəkən texnika minaya düşdü

Yol çəkən texnika minaya düşdü

17 Aprel 2022, 19:57

Ağdamda yol inşaatında işləyən tikinti texnikası minaya düşüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Ağdamın işğaldan azad edilmiş hissəsində baş verib.

 

Belə ki, Ağdam-Füzuli yolunun inşasında çalışan yol inşaatı texnikası Yusifcanlı kəndi ərazisində tank əleyhinə minaya düşüb.

 

Texnikanı idarə edən Fərzəliyev Alim xəsarət almayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?