Modern.az

Ata və bir yaşlı oğlunu maşın vurdu

Ata və bir yaşlı oğlunu maşın vurdu

Hadisə

2 May 2022, 08:45

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Belə ki, Bakıxanov qəsəbəsində “Opel” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mahmudov Elşən Mehman oğlunu və 1 yaşlı körpəsini vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Körpəyə ilkin yardım göstərilib və o, evə buraxılıb. E. Mahmudovun isə vəziyyəti ağır olaraq qalır.

 

Hadisənin təfərrüatı araşdırılır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?