Modern.az

58 yaşlı kişini “tok” vurub öldürdü

58 yaşlı kişini “tok” vurub öldürdü

Hadisə

8 İyun 2022, 15:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?