Modern.az

39 yaşlı kişi arvadını öldürüb intihar etdi

39 yaşlı kişi arvadını öldürüb intihar etdi

Hadisə

18 İyun 2022, 08:28

İmişli sakini həyat yoldaşını bıçaqlayaraq öldürüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində qeydə alınıb.

 

Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.

 

Onların birgə nigahdan bir övladları var.

 

Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?