Modern.az

54 yaşlı kişinin başına beton düşdü 

54 yaşlı kişinin başına beton düşdü 

22 Avqust 2022, 19:42

Sabirabadda başına beton düşən kişi ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb.

 

Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır