Modern.az

Xaçmazda ağır qəza, yaralılar var

Xaçmazda ağır qəza, yaralılar var

Hadisə

20 Oktyabr 2022, 22:38

Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Məlumata görə, yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat