Modern.az

"Azərsu" ASC-nin maşını piyadanı vurub öldürdü

Hadisə

29 Noyabr 2022, 09:20

"Azərsu" ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.

 

Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-yə məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə eyrində vəfat edib.

 

Hazırda faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?