Modern.az

Köşkdən 2500 manatlıq oğurluq edildi

Köşkdən 2500 manatlıq oğurluq edildi

Hadisə

20 Dekabr 2022, 10:45

Yasamal rayonu ərazisində bir köşkdən 2000 manat dəyərində tütün məmulatının, bir piştaxtadan isə 478 manat dəyərində quru meyvənin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər  Nazirliyindən (DİN) məlumat verilib.

 

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Hüseynov müəyyən olunaraq saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat