Modern.az

İki polis dəm qazından boğularaq ÖLDÜ

İki polis dəm qazından boğularaq ÖLDÜ

Hadisə

9 Yanvar 2023, 11:12

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.

 

"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", - məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir