Modern.az

Qadın hamamda dəm qazından boğuldu

Qadın hamamda dəm qazından boğuldu

12 Yanvar 2023, 23:06

Ağsu sakini dəm qazından boğularaq ölüb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində baş verib.

 

Məlumata görə, rayon sakini 1953-cü il təvəllüdlü Nağıyeva Xanım Məhəmmədəli qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.

 

Onun həyatını xilas etmək olmayıb. Meyit tibbi ekspertiza olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?