Modern.az

AKP-nin seçki bürosu qarşısında silahlı insident

AKP-nin seçki bürosu qarşısında silahlı insident

Hadisə

22 Aprel 2023, 09:48

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) seçki bürosu qarşısında silahlı insident baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

 

Dünən İstanbulda saat 22:15 radələrində baş verən hadisə zamanı ölən və yaralanan olmayıb.

 

Məlumata görə, motosikletdə olan şəxs seçki əlaqə bürosunun qarşısından keçərkən havaya 5 dəfə atəş açıb. Güllələrdən dördü binaya dəyib.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?