Modern.az

Lerikdə ailə faciəsi: 4 nəfəri “tok” vurub öldürdü

Lerikdə ailə faciəsi: 4 nəfəri “tok” vurub öldürdü

Hadisə

23 Aprel 2023, 14:05

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Lerik rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?