Modern.az

Söyüşə görə qonşusunu BALTALADI

Söyüşə görə qonşusunu BALTALADI

Hadisə

6 May 2023, 09:17

Bakıda kişi qonşusuna balta ilə xəsarət yetirib.

 

Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonu Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində qeydə alınıb.

 

1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu, 1977-ci il təvəllüdlü Məmmədzadə Namiq Mövsüm oğlunu söyüş söyməsi səbəbindən balta ilə vurub. Namiq Məmmədzadə başından bir neçə yerdən xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?