Modern.az

Bakıda 32 yaşlı kişi BIÇAQLANDI

Bakıda 32 yaşlı kişi BIÇAQLANDI

9 May 2023, 09:56

Bakıda 32 yaşlı kişi bıçaqlanıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə mayın 9-u saat 01:00 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1991-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu naməlum səbəbdən, döş qəfəsinin 1 bıçaq xəsarəti alıb. Yaralı aldığı xəsarətlərdən müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Hadisəni törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır