Modern.az

Partlayışda xəsarət alan iki uşaq anası ÖLDÜ

Partlayışda xəsarət alan iki uşaq anası ÖLDÜ

22 İyun 2023, 11:13

Şəkidə 5 gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə, partlayış zamanı müxtəlif dərəcəli ağır termiki yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova müalicə aldığı Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzində dünyasını dəyişib.

 

Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub. Bu zaman Ş.Yusifova və onun iki azyaşlı övladı - 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar həmin gün Bakıdakı Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyasını dəyişmişdi.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat