Modern.az

Bakıda 5 mərtəbəli binada YANĞIN

Bakıda 5 mərtəbəli binada YANĞIN

23 İyun 2023, 08:05

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat