Modern.az

Bakıda polisi maşın vurdu

Bakıda polisi maşın vurdu

24 İyun 2023, 08:07

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Kazımov Sahib Rasim oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Qeyd edək ki, xəsarət alan şəxs polis əməkdaşıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat