Modern.az

\"Mercedes\" aşdı, sürücü öldü 

\

24 İyun 2023, 20:17

Bu gün saat 18 radələrində İsmayıllı rayonunun Namazgah kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Həsən Mirzəzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi dərəyə aşıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat