Modern.az

Vətən müharibəsi iştirakçısı su kanalında batdı

Vətən müharibəsi iştirakçısı su kanalında batdı

25 İyul 2023, 10:12

Vətən müharibəsi iştirakçısı, 2002-ci il təvəllüdlü Kənan Eyvazov su kanalında batıb.

 

Modern.az xəbər verir ki, hadisə Qarabağ kanalının Bərdə rayonunun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

Axtarışlar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə