Modern.az

Ata və qızını bıçaqlayan şəxs TUTULDU 

Ata və qızını bıçaqlayan şəxs TUTULDU 

29 İyul 2023, 20:51

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri - 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş-deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib.

 

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə