Modern.az

Maşınla motosiklet toqquşdu - Ölən var

Maşınla motosiklet toqquşdu - Ölən var

3 Avqust 2023, 11:26

Minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. Bərdə şəhər sakini Xəqani Əkbərovun idarə etdiyi “Hyundai” markalı avtomobillə Suçma kənd sakini, 1987-ci il təvəllüdlü Vasif Mənəfovun idarə etdiyi motosiklet toqquşub.

 

Hadisə nəticəsində V.Mənəfov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə