Modern.az

Kamera quraşdıran ustanı "tok" vurub öldürdü

Kamera quraşdıran ustanı

Hadisə

5 Avqust 2023, 19:52

Bərdə rayonunda müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vuraraq öldürüb.

 

Modern.az “Report"a istinadən xəbər verir ki, hadisə bu gün Bərdə rayonu, Gərənə kəndi ərazisində baş verib.

 

Belə ki, kəndin ərazisində müşahidə kamerası quraşdıran ustanı elektrik cərəyanı vurub. Nəticədə usta hündürlükdən yıxılıb. O, ətrafdakıların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Həkimlərin səyinə baxmayaraq ustanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə