Modern.az

Beşmərtəbəli binada yanğın - 10 nəfər təxliyə olundu 

Beşmərtəbəli binada yanğın - 10 nəfər təxliyə olundu 

11 Avqust 2023, 13:11

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü, 4-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı və 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər pilləkən qəfəsindən keçən elektrik kabelləri 20 p.m yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə