Modern.az

Tayvan təyyarəsi təcili Bakıya ENDİ

Tayvan təyyarəsi təcili Bakıya ENDİ

Hadisə

3 Sentyabr 2023, 09:29

Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).

 

Vurğulanıb ki, Boeing 787-9 təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə