Modern.az

İsmayıllıda ağır qəza - 6 hindistanlı yaralandı

İsmayıllıda ağır qəza - 6 hindistanlı yaralandı

Hadisə

23 Noyabr 2023, 22:57

Hindistan vətəndaşları İsmayıllıda yol qəzasına düşüb.

 

Modern.az xəbər verir ki, ilkin məlumata görə, hadisə axşam saatlarında Muğanlı- İsmayıllı avtomobil yolunda, İsmayıllı rayonun Tircan kəndindən keçən hissəsində qeydə alınıb.

 

Baş verən yol nəqliyyat hadisə nəticəsində Hindistan vətəndaşlar olan 6 nəfər ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır