Modern.az

Bakıda ağır qəza: maşın məscidə çırpıldı, ölən var

Bakıda ağır qəza: maşın məscidə çırpıldı, ölən var

Hadisə

29 Dekabr 2023, 09:24

Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

Belə ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Saidov Müslüm Elşən oğlu idarə etdiyi "Kio-Rio" markalı avtomobilin idarəetməsini itirərək məscidin hasarına vurub.

 

Nəticədə avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər - Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır