Modern.az

“MAZ”ın şüşələrini sındırıb salonunu yandırdılar

“MAZ”ın şüşələrini sındırıb salonunu yandırdılar

7 Yanvar 2024, 11:15

Yanvarın 4-nə keçən gecə Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrinin sındırılması, salonunun isə yandırılması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.


Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır