Modern.az

İmişlidən acı xəbər: 71 yaşlı kişi öldü

İmişlidən acı xəbər: 71 yaşlı kişi öldü

Hadisə

4 Fevral 2024, 19:31

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. "KamAz" markalı yük maşını tərəfindən vurulan piyada ölüb.

 

Modern.az xəbər verir ki, hadisə İmişli şəhər Ə.M.Həmidov küçəsində baş verib.

 

Eyvaz Ataşov idarə etdiyi "KamAz" markalı yük maşını ilə hərəkətdə olarkən İmişli rayonu Otuziki kənd sakini 1953-cü il təvəllüdlü Əhədov Nazim Xəmməd oğlunu vurub. Ağır xəsarətlər alan piyada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi