Modern.az

"Prius"la toqquşan yük maşını aşdı - Xəsarət alanlar var

Hadisə

17 Fevral 2024, 13:30

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

 

Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.

 

Qəza zamanı "Toyota Prius"un sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib. ("Report")

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi