Modern.az

Piyadanı vurub öldürdü - Hadisə yerindən qaçdı

Piyadanı vurub öldürdü - Hadisə yerindən qaçdı

4 Mart 2024, 13:36

Saatlıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, qəza nəticəsində ağır xəsarətlər alan piyada Ədalət Əliyev həyatını itirib. Qəza törədən sürücü hadisə yerindən uzaqlaşıb.

 

Hazırda sürücünün saxlanılması istiqamətində tədbirlər görülür.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi