Modern.az

Motosikletçi sərxoş kişinin üstündən keçərək öldürdü

Motosikletçi sərxoş kişinin üstündən keçərək öldürdü

Hadisə

5 Mart 2024, 09:34

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.

 

Niyaməddin İsgəndərov idarə etdiyi "Dnepr-11" markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.

 

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi