Modern.az

İki piyadanı maşın vurdu

İki piyadanı maşın vurdu

14 Mart 2024, 21:49

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili piyadaları - Lənkəran şəhər sakinləri 1996-cı il təvəllüdlü Fariz Ceyhun oğlu Əzizlini və 1977-ci il təvəllüdlü Ramin Mübariz oğlu Əliyevi vurub.

 

Hər iki piyada ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır