Modern.az

Kəlbəcərdə yük maşını aşıb - Ölən var

Kəlbəcərdə yük maşını aşıb - Ölən var

Hadisə

17 Mart 2024, 14:37

Kəlbəcər rayonunun Yanşaq kəndində yük maşını aşıb, ağır xəsarətlər alan şəxs dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü L.Əhmədov ağır xəsarətlər alıb.

 

O, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, ölən şəxs Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmış.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi