Modern.az

Polis əməkdaşını maşın vurdu

Polis əməkdaşını maşın vurdu

Hadisə

29 Mart 2024, 07:55

Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, Binə qəsəbəsində yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Qulamov Hüseyn Məhərrəm oğlunu maşın vurub.

 

Yaralı digər polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi