Modern.az

Hərbçiləri daşıyan avtobus qəzaya uğradı - 16 nəfər yaralandı

Hərbçiləri daşıyan avtobus qəzaya uğradı - 16 nəfər yaralandı

3 Aprel 2024, 11:12

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

 

Modern.az xəbər verir ki, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan 5-nin hərbçi olduğu bildirilir.

 

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunub.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi