Modern.az

Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

13 Aprel 2024, 17:19

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

 

Modern.az  FHN-ə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır