Modern.az

Bakı-Qazax yolunda ağır qəza - 9 nəfər yaralandı

Bakı-Qazax yolunda ağır qəza - 9 nəfər yaralandı

Hadisə

12 İyul 2024, 17:18

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində zəncirvari qəza olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.

 

Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan şəhər xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə