Modern.az

Şəmkirdə "HAVAL" yandı

Şəmkirdə "HAVAL" yandı

Hadisə

2 Avqust 2024, 23:23

Şəmkir rayonunda minik avtomobili tamam yanıb.

 

Modern.az xəbər verir ki, hadisə Şəmkir rayonunun Qədimqala kəndində qeydə alınıb.

 

Məlumata görə, “HAVAL” markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə