Modern.az

Xətaidə yanğın 

Xətaidə yanğın 

Hadisə

8 Oktyabr 2024, 22:11

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov küçəsində avtomobil təmiri emalatxanasının ərazisində təkər tullantıları yığılmış yerdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Modern.az xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə