Modern.az

Minik maşını avtobusla toqquşdu - Yaralı var

Minik maşını avtobusla toqquşdu - Yaralı var

19 Oktyabr 2024, 09:40

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

 

Hərəkətdə olan minik avtomobilinin avtobusla toqquşması nəticəsində sürücülərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir