Modern.az

Biləsuvarda Cəbrayıl sakini döyülərək qətlə yetirildi

Biləsuvarda Cəbrayıl sakini döyülərək qətlə yetirildi

28 Oktyabr 2024, 13:19

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Cəbrayıl rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahveediyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat