Modern.az

Şəmkirdə ailə faciəsi: iki nəfəri "tok" vurub öldürdü

Şəmkirdə ailə faciəsi: iki nəfəri "tok" vurub öldürdü

29 Oktyabr 2024, 11:42

Şəmkirin Düyərli kəndində iki nəfəri elektrik cərəyanı vurub.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova və onun bacısının həyat yoldaşı 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılov həyatını itirib.

 

Məlumata görə, hadisə evdə təmizlik işləri görən zaman baş verib. "Qafqazinfo" yazır ki, səhər saatlarında evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat